Yuxarı

ABŞ-dakı məşğulluq göstəriciləri sentyabrda uçot dərəcəsinin artırılmasına şərait yaradıb

İnvestorlar uçot dərəcəsinin sentyabrda artırılması ehtimalları ilə bağlı müxtəlif fikirlər səsləndirirlər

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ kənd təsərrüfatı sektoru istisna olmaqla məşğulluq göstəricisi proqnozlardan az olsa da, Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin artırılması və əmək bazarının baza ssenarisindən çox uzaq olmadığını nümayiş etdirib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə fikirlər Yaponiyanın "Bank of Tokyo-Mitsubishi" bankının analitiki Kris Rupkey (Chris Rupkey) tərəfindən irəli sürülüb. 

K.Rupkeyə görə, sentyabrın 21-də keçiriləcək FES toplantısında uçot dərəcəsinin artırılması qərarı Bankın "mərhələli şəkildə faizləri artırmaq planı"na uyğun olacaq. Analitik hesab edir ki, 151 min nəfər olaraq açıqlanan kənd təsərrüfatı sektoru istisna olmaqla, məşğulluq göstəricisi 3 ay əvvəl FES-i narahat edən və iyun iclasında faizləri artırmaq qərarını əngəlləyən 38 min nəfərdən çox yuxarıdır.

Qeyd edək ki, B.Britaniyanın "Barclays" bankı da FES-in sentyabrda uçot dərəcəsini artıracağını proqnozlaşdırır. FES-in Riçmond bölməsinin rəhbəri Cefri Laker (Jeffrey Lacker) əmək bazarındakı artım tempinin əhalinin sayının artım sürəti ilə müqayisədə 2 dəfə daha çox olduğunu bildirib və sentyabr üçün ehtimal olunan faiz artımını dəstəkləyib.

Almaniya "Deutschen Bank"ı isə faiz artırımının dekabrda həyata keçiriləcəyini ehtimal edir. "Market Securities" araşdırma və investisiya şirkətinin analitiki Xristof Barroud (Christophe Barraud) ABŞ-da gözlənilən prezident seçkiləri, qlobal iqtisadi yavaşlama, şirkətlərin mənfəətinin azalması fonunda sentyabrda faizlərin artırılmasını imkansız hesab edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi