Yuxarı
    Bağlamaq

    ABŞ-da seçkilərin nəticələri dolları və dünya bazarlarını sarsıdıb

    Dollara qarşı avro 2%, funt isə 1%-dən artıq möhkəmlənib

    Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-da keçirilən prezident seçkilərində səslər toplandıqca ölkə valyutasının - dolların məzənnəsi və dünya maliyyə bazarları çökür.

    "Report" BBC-yə istinadən xəbər verir ki, dollara qarşı avro 2%, funt isə 1%-dən artıq möhkəmlənib.

    Dollar yapon yeninə qarşı 3%, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.

    Bu, Respublikaçılar Partiyasından olan Donald Trampın seçkilərdə liderlik əldə etməsi ilə bağlı xəbərlərin fonunda baş verir. "Exit-poll"un nəticələrinə görə, iş adamı Ohayo ştatında qələbə qazanıb. Bu ştatda seçkilərin nəticələri isə adətən ABŞ-da prezident seçkilərinin nəticələri ilə üst-üstə düşür. "ABC"nin proqnozlarına görə, Tramp həmçinin Şimali Karolina ştatında da qələbə qazanıb. 

    Demokratlar Partiyasının namizədi Hillari Klinton Oreqon, Virciniya və Kolorado ştatlarında qələbəni əldə edib. 

    "Bloomberg"in məlumatına görə, Trampın mümkün qələbəsi haqqında xəbərlər bazarlarda çaxnaşma yaradıb. S&P 500 indeksi üçün fyuçerslər 4,3%-dən artıq düşüb. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir. 

    İqtisadçıların proqnozlarına görə, Trampın tam qələbəsi zaman dollar dünya valyutalarına qarşı xeyli ucuzlaşacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi