ABŞ-da mühüm iqtisadi göstəricilər açıqlanıb

ABŞ-da mühüm iqtisadi göstəricilər açıqlanıb Bu gün FES rəhbəri C.Yellenin önəmli açıqlamaları gözlənilir
Maliyyə
14 Oktyabr , 2016 17:21
ABŞ-da mühüm iqtisadi göstəricilər açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-da bu gün bir sıra önəmli iqtisadi göstəricilər açıqlanıb. "Report"un verdiyi xəbərə görə, ABŞ-da pərakəndə satışın baza indeksi aylıq müqayisədə 0,4% artım proqnozuna qarşı sentyabrda faktiki olaraq 0,5% artıb, istehsalçı qiymətləri indeksi isə 0,2% proqnoza qarşı 0,3% artıb. Bundan başqa, pərakəndə satışın həcmi proqnoza uyğun olaraq 0,6% genişlənib.

Açıqlanan bu göstəricilər ABŞ iqtisadiyyatında müsbət inkişaf trendinin davam etdiyini göstərir. Bu da bu gün axşam Bakı vaxtı ilə saatı 21:30-da Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin uçot dərəcəsinin artırılması ilə bağlı çıxışı öncəsi stimullaşdırıcı amil olub.

Göstəricilərin açıqlanmasından sonra dollar digər valyutalarla müqayisədə bir qədər də möhkəmlənib. Əsas valyuta cütlüyü sayılan USD/EUR 1,1020 səviyyəsindən 1,0995-ə qədər geriləyib. 

"Report"un analitik qrupu dolların məzənnəsinin C.Yellenin axşamkı çıxışından sonra əsaslı şəkildə güclənə biləcəyini proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi