Yuxarı
    Bağlamaq

    ABŞ-da məşğulluq göstəricisi proqnozları doğrultmayıb, dollar düşməyə başlayıb

    Buna baxmayaraq, FED bu ay faizləri artıracaq

    Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunun may ayı üzrə məşğulluq göstəricisi 147 min nəfər artım göstərərək, 185 min nəfər proqnozundan xeyli geri qalıb. 

    "Report" xəbər verir ki, məlumatın açıqlanması dolların məzənnəsini kəskin ucuzlaşdırıb. Hazırda əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi iyunun 1-nə olan qapanış qiyməti ilə müqayisədə 0,5% yüksələrək 1,1270 səviyyəsinə yüksəlib. Bununla yanaşı, ABŞ-da may ayında işsizlik göstəricisi 4,3%-ə geriləyib. 

    "Report"un analitik qrupu bildirir ki, əgər məzənnə 1,1270 səviyyəsini ötərsə, ilk mərhələdə 1,13, daha sonra isə 1,1420 səviyyəsinə yüksələ bilər. Lakin qeyd edək ki, bu qərar böyük ehtimalla iyunun 13-14-də ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini artırmasına mane olmayacaq. Amma 2017-ci ildə əlavə faiz artırımlarına mənfi təsir göstərəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi