ABŞ-da işsizlik müraciətləri son 49 ilin minimumuna enib

ABŞ-da işsizlik müraciətləri son 49 ilin minimumuna enib Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-da işsizliyə görə müavinət məqsədli müraciətlərin həftəlik sayı 10 min ədəd azalaraq 210 minə enib. 
Maliyyə
1 Mart , 2018 18:48
ABŞ-da işsizlik müraciətləri son 49 ilin minimumuna enib

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-da işsizliyə görə müavinət məqsədli müraciətlərin həftəlik sayı 10 min ədəd azalaraq 210 minə enib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu son 49 ilin ən aşağı səviyyəsidir. 

Sonuncu dəfə belə az sayda müraciət 1969-cu ildə qeydə alınıb. Qeyd edək ki, analitiklər müraciətlərin 225 min olacağını ehtimal edirdilər.

"Report"un analitik qrupu bildirir ki, işsizlik müraciətlərinin minimal səviyyəyə düşməsi ABŞ-da işsizlik səviyyəsinin azalmasına gətirib çıxaracaq. Bu da, öz növbəsində, əhalinin gəlirlərinin artması, məcmu xərclərin yüksəlməsi və inflyasiyanın sürətlənməsi deməkdir. Nəticədə Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini daha intensiv artırmağa başlaya bilər ki, bu da dolların möhkəmlənməsi ilə nəticələnəcək.

Son xəbərlər

Orphus sistemi