ABŞ-da idxalın azalması inkişaf etməkdə olan ölkələrə iqtisadi böhran vəd edir

ABŞ-da idxalın azalması inkişaf etməkdə olan ölkələrə iqtisadi böhran vəd edir Dünya iqtisadiyyatında xidmə sektorunun payı əmtəə sektorunu üstələyib
Maliyyə
19 Sentyabr , 2016 16:56
ABŞ-da idxalın azalması inkişaf etməkdə olan ölkələrə iqtisadi böhran vəd edir

Bakı. 19 sentyabr. REPORT.AZ/ İnkişaf etməkdə olan ölkələrin mallarına tələb 2007-ci ildən başlayan qlobal iqtisadi böhrandakı səviyyəyə düşüb. 

"Report" "The Financial Times"a istinadən xəbər verir ki, inkişaf etməkdə olan ölkələrin iqtisadi artımının əsas aparıcı qüvvəsi olan ABŞ-ın iyul ayında daha az Çin malı alması buna bariz sübutdür. Federal Ehtiyat Sisteminin (FES) yaydığı məlumata görə, Çindən ABŞ-a mal idxalı mart ayından etibarən nominal ifadədə, aprel ayından isıə real ifadədə azalmağa başlayıb.

BMT-nin ticarət və inkişaf üzrə konfransında ("Unctad") çıxış edən iqtisadçı Eliza Braunşteynin fikrincə, dolların möhkəmlənməsi və tələbin bərpa olunması fonunda idxalın azalması təəccüblü haldır. O həmçinin bildirib ki, gələcəkdə inkişaf etməkdə olan ölkələr üçün çətin iqtisadi dövr olacaq. Bu ölkələrdə iqtisadi artımı təmin edən ixracın artması üçün xarici tələbin yüksək olması vacibdir. Belə ki, iyul ayında ABŞ-da Çin mallarına tələb keçən ilin analoji dövrü ilə müqayisədə məbləğ olaraq 3,5%, miqdar olaraq 1,6% azalıb. Ümumiyyətlə isə Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, ABŞ-ın inkişaf etməkdə olan ölkələrdən idxalı 2013-cü ilin yanvar ayından azalmağa davam edir.

Dünya ticarətinin təhlili ilə məşğul olan müstəqil şirkətin - "Qlobal Trade Alert"in rəhbəri Saymon Evenet deyib ki, bu vəziyyət narahatlıq doğurur: "Bir çox insan bunu Çinin ixracının azalması ilə əsaslandırsa da, başlıca səbəb inkişaf etmiş ölkələrdən tələbin azalmasıdır."

Xatırladaq ki, dünya iqtisadiyyatının dinamikası xidmətlər sektoruna doğru meyllənir. "Unctad"ın hesabatına görə, 2015-ci ildə xidmət sektorunda aparılan statistika tarixində ilk dəfə olaraq bu sahənin payı əmtəə sektorunu üstələyib. Bu isə yeni iqtisadi inkişaf modeli axtaran inkişaf etməkdə olan ölkələrə ciddi problemlər yaradır.  

Son xəbərlər

Orphus sistemi