ABŞ Çindən idxal olunan 16 mlrd. dollarlıq məhsula 25 faiz vergi tətbiq edir

ABŞ Çindən idxal olunan 16 mlrd. dollarlıq məhsula 25 faiz vergi tətbiq edir Siyahıya 279 adda Çin məhsulu daxildir
Maliyyə
23 Avqust , 2018 07:35
ABŞ Çindən idxal olunan 16 mlrd. dollarlıq məhsula 25 faiz vergi tətbiq edir

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Çindən Birləşmiş Ştatlara idxal olunan və ümumi dəyəri 16 milyard dollar dəyərində qiymətləndirilən mallara 25 faiz rüsum tətbiq olunacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Robert Laythayzerin aparatından bildiriblər ki, bu siyahıya 279 adda Çin məhsulu daxil olacaq.

Cümə axşamı günü tətbiq olunacaq rüsumlar Laythayzerin Çindən idxal olunan 50 mlrd. dollarlıq məhsula 25 faizlik rüsum qoyulacağı barədə anonsunun ikinci hissəsidir. Rüsumların birinci hissəsi (34 mlrd. dollarlıq) iyulun 6-da tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi