Yuxarı

ABŞ "Bank VTB" və "VTB Kapital"ı cərimələyib

Cəriməyə səbəb fyuçers əməliyyatlarından haqsız qazanc olub

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-ın əmtəə fyuçersləri ilə ticarət Komissiyası (CFTC) Rusiyanın "Bank VTB" ASC-ni və "VTB Kapital" şirkətini rubl ilə ABŞ dolları cütlüyünün fyuçerslərində qanunsuz əməliyyatlarda ittiham edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar Çikaqo birjasında aparılıb. 

Bununla bağlı CFTC iki qurumu ümumilikdə 5 mln. ABŞ dolları həcmində cərimələyib. CFTC bu qənaətə gəlib ki, 2010-cu ilin dekabrından 2013-cü ilin iyununa qədər olan müddətdə "Bank VTB" və səhmlərinin 94%-i "VTB" holdinqə aid olan, 100% "Bank VTB" ASC tərəfindən nəzarət edilən "VTB Kapital" RUB/USD cütlüyündə ümumi həcmi 36 mlrd. ABŞ dollarında 100-dən çox "blok" əməliyyat həyata keçirib. 

Xatırladaq ki, "blok" əməliyyat iri həcmdə əməliyyatlar olub, birja ticarət qiymətlərinə təsiri azaltmaq üçün birjadan kənar həyata keçirilir. Adı çəkilən iki qurumun apardığı əməliyyatlar, onların öz kross-valyuta risklərini daha yaxşı sərtlərlə üçüncü tərəfə ötürmək məqsədi daşıyıb. Nəticədə, "VTB Kapital" müxtəlif beynəlxalq banklarla bu kross-valyuta riskini birjadan kənar svop əməliyyatları ilə hec edərək qanunsuz qazanc əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi