ABB yerli aviaşirkət üçün 300 mln. dollarlıq zəmanət verib

ABB yerli aviaşirkət üçün 300 mln. dollarlıq zəmanət verib Bank, həmçinin 559 mln. dollarlıq kredit sazişi imzalayıb
Maliyyə
19 Dekabr , 2016 11:37
ABB yerli aviaşirkət üçün 300 mln. dollarlıq zəmanət verib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) “Wilmington Trust Company” (ABŞ) şirkətinə 300 mln. dollar məbləğində zəmanət məktubu verib. “Report” xəbər verir ki, bu barədə Bankın yarımillik hesabatında bildirilir.

Məlumata görə, zəmanət məktubu Azərbaycanın “Silkway Airlines” şirkətinin 2 ədəd “Boeing B747-8F” modelli hava gəmisi və 1 ədəd “GEnx-2B67” modelli ehtiyat mühərrikinin idxalının maliyyələşdirilməsi məqsədi ilə verilib. Bu məqsədlə ABB və aviaşirkət arasında əqd bağlanılıb.

Bundan başqa, Bank ABŞ-ın “Cargill Financial Services International” şirkəti ilə ticarət yönümlü kredit sazişi imzalayıb. Saziş 2016-cı il ərzində ümumi dəyəri 558,9 mln. dollar olan bir neçə kreditin cəlb olunmasını nəzərdə tutur.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsinə və 1 759 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi