Yuxarı
    Bağlamaq

    ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən biri satılıb

    Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi “əl dəyişdirib”

    Bakı. 21 avqust. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) banka borc müqabilində girov qoyulmuş müəssisələrdən birini satıb.

    Bu barədə “Report”a BOKT-dan bildirilib.

    Məlumata görə, söhbət Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsindən gedir. Bununla belə, “Aqrarkredit” müəssisənin kimə və neçəyə satıldığını açıqlamayıb.

    BOKT digər girov obyektlərin satışını da davam etdirir. Bunlar Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakı Fındıq Emalı” zavodu, Binəqədi şosesindəki BOT ayaqqabı fabriki, Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində və Şəki rayonunun Daşüz kəndindəki tikinti materialları istehsal edən müəssisələr, Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi, eləcə də Tbilisinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi