ABB XDMX-nin əməkdaşları üçün kredit kampaniyası keçirir

ABB XDMX-nin əməkdaşları üçün kredit kampaniyası keçirir Kampaniya bu ayın sonuna qədər qüvvədədir
Maliyyə
21 Avqust , 2017 11:21
ABB XDMX-nin əməkdaşları üçün kredit kampaniyası keçirir

Bakı. 21 avqust. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 23 Avqust – Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) əməkdaşlarının peşə bayramı münasibətilə xüsusi kampaniyaya start verib.

Bu barədə “Report”a bankdan bildirilir.

Məlumatda deyilir ki, ABB-nin maaş kartına sahib olan əməkdaşlar kampaniya çərçivəsində avqustun 31-nə qədər nağd pul kreditini bankdan 2% endirimlə (illik 25%-lə) əldə edə bilərlər. Kreditin maksimal məbləği 15 min manat, maksimal müddəti 36 aydır. 3 min manata qədər kredit zaminsiz ayrılır, ümumiyyətlə komissiya tutulmur.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi lazımdır. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Müasir dövlət bankı olan ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi