“Azərbaycan Beynəlxalq Bankı” ötən il 300 milyon manatdan çox xalis mənfəət əldə edib

“Azərbaycan Beynəlxalq Bankı” ötən il 300 milyon manatdan çox xalis mənfəət əldə edib “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2019-cu ili 302,316 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 425,841 milyon manat mənfəətlə çıxmışdı.
Maliyyə
20 Yanvar , 2020 12:24
“Azərbaycan Beynəlxalq Bankı” ötən il 300 milyon manatdan çox xalis mənfəət əldə edib

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2019-cu ili 302,316 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 425,841 milyon manat mənfəətlə çıxmışdı. 

“Report” xəbər verir ki, ötən il ABB-nin gəlirləri 585,352 milyon manat (illik müqayisədə 10,2% çox), xərcləri 263,83 milyon manat (12% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 53,267 milyon manat (59,1% az), mənfəət vergisi ödəmələri isə 72,473 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 9 223,361 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur. Bunun 2 153,211 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 28,2% böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 16,4% artaraq 7 883,741 milyon manata, o cümlədən depozit portfeli 29,3% artaraq 5 635,109 milyon manata, balans kapitalı isə 15,3% artaraq 1 339,62 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 4,39%-i fiziki şəxslərə, 0,32%-i hüquqi şəxslərə, 0,13%-i isə "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına məxsusdur. 

Son xəbərlər

Orphus sistemi