ABB-nin səhmdarları bankın törəmə sığorta şirkətinin bağlanmasına müsbət yanaşıb

ABB-nin səhmdarları bankın törəmə sığorta şirkətinin bağlanmasına müsbət yanaşıb Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib
Maliyyə
12 Oktyabr , 2016 17:00
ABB-nin səhmdarları bankın törəmə sığorta şirkətinin bağlanmasına müsbət yanaşıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bir qədər əvvəl "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Report" xəbər verir ki, gözlənildiyi kimi yığıncaqda bankın törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti" (BSŞ) ASC-nin fəaliyyətinə xitam verilməsi haqqında məsələ müzakirə edilib.

ABB-nin səhmdarları şirkətin bağlanmasına müsbət yanaşıb.

Bu məsələ ilə bağlı bankın rəsmi açıqlama yayacağı gozlənilir. 

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi