ABB-nin “Pensiya” əmanəti üzrə müştərilərinin sayı 6 mini ötüb

ABB-nin “Pensiya” əmanəti üzrə müştərilərinin sayı 6 mini ötüb “Pensiya” əmanətlərinin ümumi həcmi 213 min manatı keçib
Maliyyə
6 Noyabr , 2014 17:33
Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) “Pensiya” əmanəti üzrə müştərilərinin sayı bu il noyabrın 1-dək 6 100 nəfəri keçib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

“Pensiya” əmanəti üzrə vəsaitlərin həcmi isə 213,3 min manat səviyyəsinə çatıb. Xatırladaq ki, ABB bu məhsulu bazara 2013-cü ilin noyabrında çıxarıb.

ABB-dən bildirilib ki, “Pensiya” əmanəti ən azı 15 il müddətinə nəzərdə tutulan yığım xarakterli bir əmanət növüdür. 15 il müddəti olanda bu növ üzrə yığımlar 2 dəfə artır. Məsələn, hər ay 100 manat ayrılanda 15 ildən sonra yığımın həcmi 18 min manat təşkil edir və bu məbləğə bank tərəfindən 18 107 manat əlavə hesablanır. Əgər əmanət 32 il müddətinə açılırsa, yığımların həcmi 5 dəfə artır.

"Bu əmanətin üstünlüklərindən biri də odur ki, əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə miras kimi varislərinə ötürülür. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri həm geri götürə, həm də əmanəti saxlaya bilər", - bankın məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi