​ABB-nin "Pensiya" əmanəti üzrə müştərilərinin sayı 6,3 mini ötüb

​ABB-nin "Pensiya" əmanəti üzrə müştərilərinin sayı 6,3 mini ötüb "Pensiya" əmanəti üzrə vəsaitlərin həcmi isə 231 min manata çatıb
Maliyyə
27 Yanvar , 2015 12:58
​ABB-nin Pensiya əmanəti üzrə müştərilərinin sayı 6,3 mini ötüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) fərdi pensiya yığımı məhsulu olan "Pensiya" əmanəti sahibi olan müştərilərin sayı 2015-ci il yanvarın 1-nə 6,3 min 00 nəfəri keçib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Pensiya" əmanəti üzrə vəsaitlərin həcmi isə 230,6 min manat səviyyəsindədir. 

Xatırladaq ki, ABB bu məhsulu bazara 2013-cü ilin noyabrında çıxarıb. "Pensiya" əmanəti ən azı 15 il müddətinə nəzərdə tutulan yığım xarakterli əmanət növüdür. Bildirilir ki, 15 il müddəti olanda bu növ üzrə yığımlar 2 dəfə artır. Məsələn, hər ay 100 manat ayrılanda 15 ildən sonra yığımın həcmi 18 min manat təşkil edir və bu məbləğə Bank tərəfindən əlavə 18 107 manat hesablanır. Əgər əmanət 32 il müddətinə açılırsa, yığımın həcmi 5 dəfə artır.

Əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə həmin şəxsin varislərinə ötürülür. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri götürə və ya əmanəti uzada bilər.

Son xəbərlər

Orphus sistemi