Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinə (İH) daha bir sədr müavini təyin edilib.
“Report” bankın saytına istinadən xəbər verir ki, söhbət Aqşin Əmirovdan gedir.
O, bundan əvvəl “Bank Respublika” ASC-nin İH-nin sədr müavini olub.