Yuxarı

"​ABB-Moskva" üçün bank zəmanətlərinin məbləği artırılıb

Rusiya Federal Gömrük Xidməti bir bank zəmanətinin maksimal məbləğini 4 dəfə artırıb

Bakı. 18 mart. REPOORT.AZ/ Rusiya Federal Gömrük Xidmətinin (FGX) əmri ilə "ABB-Moskva" Bankı üçün bir bank zəmanətinin maksimal məbləği 35 mln. rubldan 140 mln. rubla və fəalliyətdə olan bütün bank zəmanətlərinin maksimal məbləği 170 mln. rubldan 700 mln. rubla qədər artırılıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Beynəlxalq Bankının yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, 2010-cu ildə Rusiya FGX "ABB-Moskva"nı gömrük rüsumlarının ödənişi üzrə zəmanətlər vermək hüququna malik olan bankların siyahısına daxil edib. Maliyyə-kredit təşkilatlarının bu siyahıya daxil edilməsi bank tərəfindən müştəri üçün illik zəmanət haqlarının endirilməsinə və təsdiqi müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi