"ABB-Moskva" nizamnamə kapitalını 2 dəfə artırır

"ABB-Moskva" nizamnamə kapitalını 2 dəfə artırır Nizamanə kapitalının artımı ABB-nin əlavə vəsait qoyuluşu hesabına həyata keçiriləcək
Maliyyə
29 Mart , 2016 13:04
ABB-Moskva nizamnamə kapitalını 2 dəfə artırır

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə qurumu olan "ABB-Moskva" nizamnamə kapitalını 2,053 mlrd. rubl artıracaq. Bu qərarı Azərbaycan Beynəlxalq Bankı qəbul edib. 

"Report"un Banka istinadən verdiyi  xəbərə görə, nizamnamə kapitalının artırılması ABB-nin qeyd olunan həcmdə əlavə vəsait qoyuluşu hesabına həyata keçiriləcək. Rusiya Mərkəzi Bankının məzənnəsi ilə 30 mln. dollar ekvivalentində olan nizamanə kapitalının artırılması ilə ABB-nin Moskvadakı törəmə bankında səhmin nominal dəyəri də artacaq.

Əlavə vəsait ödənişi qərar qəbulundan etibarən 6 ay müddətində reallaşdırılmalıdır. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda "ABB-Moskva"nın nizamnamə kapitalı təxminən 2,110 mlrd. rubl təşkil edir. Əlavə emissiya hesabına nizamnamə kapitalı 4,2 mlrd. rubla çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi