"ABB-Moskva" Bankına yeni sədr təyin edilib

"ABB-Moskva" Bankına yeni sədr təyin edilib Bu vəzifəyə Emin Ramiq oğlu Əfəndiyev təyin olunub
Maliyyə
16 Dekabr , 2015 12:42
ABB-Moskva Bankına yeni sədr təyin edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Emin Ramiq oğlu Əfəndiyev təyin edilib.

"Report"un Bankın saytına istinadən verdiyi xəbərə görə, o, artıq vəzifəsinin icrasına başlayıb. E.Əfəndiyev indiyə qədər Azərbaycandakı ayrı-ayrı bank-maliyyə qurumlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, “ABB Moskva” 2002-ci ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi