​“ABB-Gürcüstan”ın mənfəəti üç dəfəyədək artıb

​“ABB-Gürcüstan”ın mənfəəti üç dəfəyədək artıb Kredit portfelinin həcmi 95,5 mln. lari (42,8 mln. manat), kreditlər üzrə ehtiyatların həcmi 10,71 mln. lari (4,8 mln. manat) olub
Maliyyə
5 Noyabr , 2014 23:21

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin üçüncü rübündə “ABB-Gürcüstan” bankının aktivləri 128,15 mln. lari (57,4 mln. manat) təşkil edib.

Kredit portfelinin həcmi 95,5 mln. lari (42,8 mln. manat), kreditlər üzrə ehtiyatların həcmi 10,71 mln. lari (4,8 mln. manat) olub.

Hesabat dövrü ərzində bankın öhdəlikləri 100,34 mln. lari (44,94 mln. manat) səviyyəsinə çatıb. Cari hesablardakı vəsaitlər və depozitlərin həcmi il ərzində 3,5 dəfə artaraq, 24,34 mln. lari (10,90 mln. manat) olub. Bankın məcmu kapitalı il ərzində 9,5% yüksələrək, 27,81 milyon lari (12,46 mln. manat) səviyyəsinə çatıb.

Üçüncü rübün sonuna faiz gəlirləri 4,81 mln. lari (2.15 mln. manat), əldə olunan mənfəət il ərzində 2,9 dəfə artaraq 2,54 mln. lari (1,14 mln. manat) təşkil edib.

Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Gürcüstan”ın nizamnamə kapitalı 22,69 mln. lari yaxud 10,16 mln. manatdır. Bank 2006-cı ilin noyabr ayında Gürcüstanın Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 

Son xəbərlər

Orphus sistemi