ABA uçot dərəcəsinin azaldılmasını mümkün sayır

ABA uçot dərəcəsinin azaldılmasını mümkün sayır Bu, əmanətlərin sığortalanma faizinin aşağı düşməsi ilə nəticələnə bilər
Maliyyə
31 May , 2017 12:07
ABA uçot dərəcəsinin azaldılmasını mümkün sayır

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın bank sektorunda likvidliklə bağlı mövcud vəziyyət uçot dərəcəsinin aşağı salınmasına imkan verir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı belə bir qərar qəbul etsə, bu, əmanətlərin sığortalanma faizinin aşağı düşməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.

Son xəbərlər

Orphus sistemi