Yuxarı
    Bağlamaq

    ABA sədri: "Banklar fəaliyyətini köhnə qaydalarda davam etdirməməlidir"

    Onun sözlərinə görə, Azərbaycan banklarında əmanət qoyuluşu nəzərəçarpacaq dərəcədə azalıb

    Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatı, o cümlədən bank sektoru neftin ucuzlaşması və bunun nəticəsində milli valyutanın 2 dəfədən çox dəyərdən düşməsi ilə yaranmış yeni vəziyyətə uyğunlaşmağa çalışır. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda ABA-nın sədri Zakir Nuriyev deyib.

    Onun sözlərinə görə, Azərbaycan banklarında əmanət qoyuluşu nəzərəçarpacaq dərəcədə azalıb, mövcud əmanət portfeli isə dollarlaşıb: “Bu isə kredit risklərini və bank sektorunun zərərliliyini artırır. Hesab edirəm ki, indiki halda banklar fəaliyyətini köhnə qaydalarla davam etdirməməli, mövcud vəziyyətdən birgə və minimum itki ilə çıxmalıdır”.

    Z.Nuriyev onu da qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitdə rəhbərlik etdiyi qurum işini təkmilləşdirib, onun daxilində 9 ekspert qrupu yaradılıb və hazırda bank qanunvericiliyinin yeni tələblərə uyğunlaşdırılması istiqamətindən aktiv iş aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi