Yuxarı
    Bağlamaq

    ABA-nın rəhbərliyi İsveçrə Milli Bankının sədri ilə görüşüb

    Görüşdə ölkədə aparılan iqtisadi islahatlar, bank sektorunun sağlamaşdırması trendləri haqqında məlumat verilib

    Bakı. 14 iyul. REPORT.AZ/ Ötən gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın icraçı direktoru Yunus Abdulov Bakıda səfərdə olan İsveçrə Milli Bankının sədri Tomas Yordanın başçılıq etdiyi nümayəndə heyəti görüşüblər. Bu barədə “Report”a Assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

    Açıqlamada deyilir ki, görüş gələcək əməkdaşlıq üçün ilkin əlaqələrin qurulması məqsədi daşıyıb.

    Həmçinin, görüşdə nümayəndə heyətinin üzvlərinə ölkədə aparılan iqtisadi islahatlar, bank sektorunun hazırkı vəziyyəti və sağlamaşdırma trendləri, eləcə də ABA-nın fəaliyyəti barədə məlumat verilib. Öz növbəsidə, nümayəndə heyəti də İsveçrənin bank sektoru barədə ABA-nın rəhbərliyini məlumatlandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi