ABA-nın prezidenti Avropa Birliyinin eksperti ilə görüşüb

ABA-nın prezidenti Avropa Birliyinin eksperti ilə görüşüb Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Avropa Birliyinin Eksperti ilə görüşüb.
Maliyyə
27 İyul , 2018 13:26
ABA-nın prezidenti Avropa Birliyinin eksperti ilə görüşüb
aba.az
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA)  prezidenti Zakir Nuriyev Avropa Birliyinin Eksperti ilə görüşüb.

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, Avropa Birliyinin eksperti Stefan Rosenou, Layihə eksperti Kazım Quliyev və Şamil Qədirov iştirak edib. 

Görüş zamanı aqrar sektorun maliyyələşdirilməsi, aqrar sektorla bağlı qarşıdan duran çağırışlar, bu məsələ ilə bağlı həyata keçirilən layihələrdən danışılıb. Həmçinin, Avropa Birliyinin eksperti banklarda aqrar sektorla bağlı həyata keçirilən işlərlə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi