ABA-nın çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə ekspert qrupunun iclası keçirilib

ABA-nın çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə ekspert qrupunun iclası keçirilib Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun 2018-ci il üçün ilk iclası keçirilib.
Maliyyə
19 Yanvar , 2018 18:48
ABA-nın çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə ekspert qrupunun iclası keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun 2018-ci il üçün ilk iclası keçirilib.

"Report" ABA-ya istinadən xəbər verir ki, beynəlxalq sanksiyalarla əlaqədar məsələlərin və "Nağdsız hesablaşmalar haqqında" qanunun icrası prosesində qarşıya çıxan çətinliklərin müzakirəsi məqsədilə keçirilən iclasda ilk olaraq Ekspert Qrupunun sədri Anar Kərimov çıxış edib və Qrupun bu il üçün iş planından danışıb.

Daha sonra "YapıKredi Bank Azərbaycan" QSC-nin Daxili nəzarət və komplayens Departamentinin rəhbəri Ramil Məmmədov beynəlxalq maliyyə sanksiyaları barədə təqdimat edib.

İclasın sonunda "Paşa Bank"ın nümayəndəsi əlaqədar təqdimatla çıxış edib.

İclasda Ekspert Qrupu tərəfindən beynəlxalq sanksiyalarla bağlı banklar üçün metodoloji tövsiyələrin hazırlanması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" Prosessinq Mərkəzi ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi