ABA: Kredit siyasətinin liberallaşmasından söhbət gedə bilməz

ABA: Kredit siyasətinin liberallaşmasından söhbət gedə bilməz Bakı. 23 noyabr. REPORT.AZ/ İstehlak kreditləşməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi təlimat var.
Maliyyə
23 Noyabr , 2017 13:28
ABA: Kredit siyasətinin liberallaşmasından söhbət gedə bilməz
Zakir Nuriyev / Report

Bakı. 23 noyabr. REPORT.AZ/ "İstehlak kreditləşməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi təlimat var".

“Report” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev xidməti müqavilə ilə işləyən şəxslərə kredit verilməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, banklar həmin təlimatın tələblərinə birmənalı şəkildə əməl etməlidir: “Bu, müştərilərin gəlirlərinin xərclərinə nisbətini əks etdirən göstərici əsasında tənzimlənir. Əsas məsələ əhalinin yenidən izafi borclanmasına yol verməməkdir. Vətəndaşların yalnız öz borclarına xidmət edəcək səviyyədə borclanmasına imkan verilməlidir. Yoxsa, 2015-ci ildəki problemlər yenidən yaşana bilər”.

Z.Nuriyev həmçinin deyib ki, Azərbaycanda kreditləşmə zəif olsa da, kredit siyasətinin liberallaşdırılmasından söhbət gedə bilməz.

Son xəbərlər

Orphus sistemi