ABA: Bank sektoru əldə etdiyi xalis mənfəətin 25%-ni maliyyə texnologiyalarının tətbiqinə yönəldib

ABA: Bank sektoru əldə etdiyi xalis mənfəətin 25%-ni maliyyə texnologiyalarının tətbiqinə yönəldib Bakı. 15 noyabr. REPORT.AZ/ “2012-2017-ci illər ərzində Azərbaycanın bank sektorunda maliyyə texnologialarının tətbiqinə 310 mln. manat vəsait yönəldilib. Bu, həmin dövrdə bankların qeyri-faiz xərclərinin 8%-ni təşkil edib. Sektor əldə etdiyi xalis mənfəətin 25%-ni bu istiqamətə yönəldib”.
Maliyyə
15 Noyabr , 2018 10:14
ABA: Bank sektoru əldə etdiyi xalis mənfəətin 25%-ni maliyyə texnologiyalarının tətbiqinə yönəldib
ABA-nın sədri Zakir Nuriyev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ “2012-2017-ci illər ərzində Azərbaycanın bank sektorunda maliyyə texnologialarının tətbiqinə 310 mln. manat vəsait yönəldilib. Bu, həmin dövrdə bankların qeyri-faiz xərclərinin 8%-ni təşkil edib. Sektor əldə etdiyi xalis mənfəətin 25%-ni bu istiqamətə yönəldib”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

O qeyd edib ki, yeni iqtisadi şərait bankların müştərilər barədə daha dolğun məlumatlar əldə etməsini, onları emal etməsinə, hər bir müştəriyə ünvanlı məhsul və xidmət təqdim edilməsini tələb edir: “Bankçılıq yeni texnologiyaların tətbiqi sahəsində öncül sahələrdəndir”.

ABA sədrinin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarının cəmi aktivləri 4,6% artaraq 29,2 mlrd. manata, o cümlədən kredit portfeli 5% artaraq 11,9 mlrd. manata yüksəlib. Həmçinin 9 ay ərzində əhalinin banklardakı əmanətləri 8,4% artaraq 8,2 mlrd. manata çatıb. Sektorun kapitallaşması da əhəmiyyətli dərəcədə artıb. Hazırda bank sektorunun inkişafı üçün yeni drayverlərə ehtiyac var. Rəqəmsalllaşma bu drayverlərən biri ola bilər”.

Son xəbərlər

Orphus sistemi