Yuxarı
    Bağlamaq

    ​ABŞ fond indeksləri yüksəlib

    Avropa fond bazarında da əsas indekslərin artımı baş verib

    Bakı. 29 oktyabr. REPORT.AZ/. Oktyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 17 006 bəndədək, S&P 500 1,2% - 1 985 bəndədək, Nasdaq 1,8% - 4 564 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, ABŞ fond indekslərinin yüksəlməsi oktyabrda istehlakçıları etimadı indeksinin sentyabrla müqayisədə 89 bənddən 94,5 bəndədək artması barədə xəbərin təsiri altında baş verib.

    Eyni zamanda, uzunmüddətli istifadə mallarının sifarişlərinin məcmu həcmi sentyabr ayında 1,3% azalıb ki, bu da bazara azaldıcı təsir edib.

    Avropa fond bazarlarında oktyabrın 28-də FTSE 100 indeksi 0,6% - 6 402 bəndədək, Almaniya DAX-ı 1,9% - 9 068 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 113 bəndədək yüksəlib.

    COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 230,10 dollara bərabər olub.

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2736 dollar (+0,02%) təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi