Yuxarı

​ABŞ fond indeksləri makroiqtisadi göstəricilərin təsiri altında yüksəlib

ABŞ-da iqtisadiyyat 3,5% artıb, işsizlik üzrə müraciətlərin sayı isə 14 illik minimuma enib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 17 195 bəndədək, S&P 500 0,6% - 1 995 bəndədək, Nasdaq 0,4% - 4 566 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, ABŞ fond indeksləri müsbət makroiqtisadi və korporativ xəbərlərin təsiri altında yüksəlib. İlk növbədə məlumat yayılıb ki, III rübdə ABŞ iqtisadiyyatı 3,5% artıb ki, bu da proqnozlardan 0,5 faiz bəndi çoxdur, son 4 həftə ərzində verilən işsizlik üzrə müraciətlərin sayı 2000-ci ilin mayından sonra minimal həddə düşüb. Bundan əlavə, "Visa" və "MasterCard" ödəmə sistemləri 2013-2014-cü maliyyə ili üzrə mənfəətin artması barədə hesabatlar verib.

Avropa fond bazarlarında oktyabrın 30-da FTSE 100 indeksi 0,2% - 6 464 bəndədək, Almaniya DAX-ı 0,4% - 9 115 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 141 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 196,00 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2579 dollar (-0,1%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi