Yuxarı

​ABŞ Böyük Britaniya bankını 300 mln. dollar cərimələyib

“Standard Chartered Bank” çirkli pulların yuyulması ilə bağlı tələblərə əməl etməyib

Bakı. 20 avqust. REPORT.AZ/ Böyük Britaniyanın “Standard Chartered Bank”ı çirkli pulların yuyulması ilə bağlı tələblərə əməl etmədiyi üçün 300 mln. ABŞ dolları cərimə ödəməli olacaq. “Report” xəbər verir ki, bu barədə “CNN Money” məlumat yayıb.

Mənbə bankın cərimə ödəməklə yanaşı Honk-Kong və Səudiyyə Ərəbistanında yerləşən filiallarla yüksək riskə malik valyuta mübadiləsi də aparır.

Nyu-Yorkdakı Maliyyə Departamentinin verdiyi açıqlamaya görə, bank 2012-ci ildən başlayaraq dövlətin çirkli pulların yuyulması ilə bağlı qərarlarını icra etmir. Maliyyə xidmətinin rəsmisi Benyamin Lavski banka qarşı görülən cəza tədbirlərinin terrorizmə və insan haqlarının pozulmasına qarşı mübarizə baxımından əhəmiyyətli olduğunu deyir.

“Standard Chartered Bank”ın mərkəzi ofisi verdiyi yazılı hesabatda Nyu-York filialında baş verənlərə görə üzüldüyünü açıqlayıb. Bank müştərilərlə aralarında yaranmış problemin çözülməsi üçün işə başladığını bəyan edib.

Qeyd edək ki, təxminən 1 ay öncə qadağan edilməsinə baxmayaraq İran, Liviya və Sudanla əməkdaşlıq etdiyi üçün bank ümumilikdə 667 mln. dollar məbləğində cərimə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi