Yuxarı

A​zərbaycan "G-20" ölkələrinin maliyyə nazirlərinin iclasında iştirak edir

Azərbaycanı bu toplantıya ev sahibi kimi Türkiyə dəvət edib

Bakı. 9 fevral REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün İstanbulda işə başlayan "G-20" ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, "G-20" ölkələri rəhbərlərinin noyabr ayında keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, davamlı və balanslaşdırılmış inkişaf çərçivəsi, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası və maliyyə tənzimləməsi, habelə beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq. Bundan başqa, inkişaf etmiş ölkələrdəki fərqli iqtisadi artım, habelə hazırda ABŞ iqtisadiyyatında nəzərə çarpan iqtisadi artımla müqayisədə Avropada müşahidə olunan geriləmə kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq, gələcəkdə atıla biləcək ortaq addımlar müəyyən olunacaq.

Azərbaycan "G-20"-nin ev sahibi kimi Türkiyə tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir. İclas iki gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi