A​vro sürətlə ucuzlaşmağa başlayıb

A​vro sürətlə ucuzlaşmağa başlayıb Avropa Mərkəzi Bankı sərt qərarlar qəbul edib
Maliyyə
10 Mart , 2016 17:15
A​vro sürətlə ucuzlaşmağa başlayıb

Bakı. 10 mart. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,05%-dən 0%-ə endirib. Qeyd edək ki, analitiklərin proqnozu uçot dərəcəsinin sabit qalması istiqamətində olub. 

Bundan əlavə, ECB depozitlər üzrə faiz dərəcəsini proqnozlara uyğun olaraq -0,3%-dən -0,4%-ə endirib, monetar ekspansiyanın həcmini isə 33% artıraraq 60 mlrd. avrodan 80 mlrd. avroya yüksəldib. Burada ECB bank istiqrazlarından başqa, əlavə olaraq şirkət istiqrazlarını da geri alacağını bildirib. Bank borc faizini də 0,05 bənd azaldaraq 0,3%-dən 0,25%-ə salıb. 

Bu qərarlardan sonra qlobal valyuta bazarlarında avro sürətlə dəyərini itirməyə başlayıb, dollara qarşı məzənnəsi qısa müddət ərzində 1,4% azalaraq 1,0980 USD/EUR-dan 1,0840 USD/EUR-a enib.

Hazırda qlobal maliyyə bazarları ECB sədri Mario Draqinin mətbuat konfransını gözləyir. Mətbuat konfransında Avrozonada iqtisadi gözləntilərin səsləndiriləcəyi ehtimal edilir.

Qeyd edək ki, ECB qərarları investorların proqnozlarından daha sərt olub. "Report"un analitik qrupu hesab edir ki, USD/EUR məzənnəsi 1,08 səviyyəsində tarazlıq nöqtəsini tapmasa, 1,06 səviyyəsinə qədər geriləyə bilər.

Son xəbərlər

Orphus sistemi