“A-Qroup Sığorta” ötən ili 2 mln. manat mənfəətlə başa vurub

“A-Qroup Sığorta” ötən ili 2 mln. manat mənfəətlə başa vurub Bakı. 27 fevral. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC ötən il aktivlərini artırıb.
Maliyyə
27 Fevral , 2019 09:29
“A-Qroup Sığorta” ötən ili 2 mln. manat mənfəətlə başa vurub

Bakı. 27 fevral. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC ötən il aktivlərini artırıb.

“Report” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “A-Qroup Sığorta”nın məcmu aktivləri 2017-ci illə müqayisədə 3,48% artaraq 23 mln. 783,383 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 977,934 min manat, qısamüddətli aktivləri 21 mln. 805,449 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 0,64% artaraq 10 mln. 672,521 min manat olub. 2018-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 10 mln. 653,683 min manat, qısamüddətli öhdəlikləri isə 18, 838 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 10 mln. 5,250 min manat təşkil edib.

2018-ci ildə “A-Qroup Sığorta”nın cəmi gəlirləri 13 mln. 998 min 445,85 manat, cəmi xərcləri 11 mln. 294 min 122,87 manat olub.

Şirkət ötən ili 2 mln. 163 min 458,98 manat mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi