“A-Qroup Sığorta”nın yığımları 51% artıb

“A-Qroup Sığorta”nın yığımları 51% artıb Bakı. 13 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “A-Qroup Sığorta” ASC-nin yığımları 1 077 119 manat təşkil edib. Şirkətdən “Report”a veri...
Maliyyə
13 Mart , 2017 15:55
“A-Qroup Sığorta”nın yığımları 51% artıb

Bakı. 13 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “A-Qroup Sığorta” ASC-nin yığımları 1 077 119 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,12% çoxdur.

Hesabat dövründə “A-Qroup Sığorta”nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 2 ay ərzində 1 075 056 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 16,56% azdır.

2017-ci ilin yanvar-fevral aylarında “A-Qroup Sığorta” topladığı hər 100 manat sığorta haqqının 99,81%-ni müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 180,78% olub. Yəni, Şirkətin ödənişləri yığımlarını 80,78% üstələyib. 

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi