Yuxarı

"A-Qroup Sığorta"da yeni təyinat olub

Söhbət Orxan Əfəndiyevdən gedir

Bakı. 16 sentyabr. REPORT.AZ/ "A-Qroup Sığorta" ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib. "Report" xəbər verir ki, söhbət Orxan Əfəndiyevdən gedir.

O, bundan əvvəl "Azərbaycan Sənaye Sığorta" ASC-nin məsul aktuarisi vəzifəsində çalışıb.

Xatırladaq ki, "A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi