“A-Qroup Sığorta” Azərbaycan bazarına yeni xidmət gətirib

“A-Qroup Sığorta” Azərbaycan bazarına yeni xidmət gətirib Bakı. 15 fevral. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC müştərilərinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə Azərbaycanın sığorta b...
Maliyyə
15 Fevral , 2017 15:39
“A-Qroup Sığorta” Azərbaycan bazarına yeni xidmət gətirib

Bakı. 15 fevral. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC müştərilərinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə Azərbaycanın sığorta bazarında yeni xidmətin tətbiqinə başlayıb. Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, söhbət müasir texnologiyalara və kommunikasiya proqramlarından istifadənin daha da genişlənməsindən - İsrailin ən yaxşı tibb mütəxəssisləri ilə video-konsultasiya xidmətindən gedir. Xidmət sağlamlıq barədə suallara cavab almağa, müxtəlif patologiyalar, diaqnostika və müalicə ilə bağlı məsləhətləşmələr aparmağa imkan verir.

Xidmətin tətbiqi üçün İsrailin bu sahədə ixtisaslaşmış məşhur “MedVisor” şirkəti ilə razılıq əldə edilib və “A-Qroup Sığorta”nın baş ofisində xüsusi otaq ayrılıb.

“Bu, sığorta şirkəti üçün çox bahalı bir xidmətdir, lakin mürəkkəb, mübahisəli vəziyyətlərdə tele-tibb seansları əvəzolunmazdır. Həmin xidmətdən istifadə edən sığortalılar bundan çox razı qalırlar”, - deyə şirkətin açıqlamasında bildirilir.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi