Bakı. 22 dekabr. REPORT.AZ/ “A-Qrup Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Abbas Babayev işdən çıxıb. Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, "A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.