A​DB "Cənub Qaz Dəhlizi" üçün 1,5 mlrd. dolların ayrılması məsələsinə iyulda baxacaq

A​DB "Cənub Qaz Dəhlizi" üçün 1,5 mlrd. dolların ayrılması məsələsinə iyulda baxacaq Bank: Əsas məqsəd Azərbaycanın qaz satışından gəlirlərinin artmasına dəstək olmaqdır
Maliyyə
6 May , 2016 14:24
A​DB Cənub Qaz Dəhlizi üçün 1,5 mlrd. dolların ayrılması məsələsinə iyulda baxacaq

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan “Şahdəniz-2” və "Cənub Qaz Dəhlizi" (SGC) layihələri çərçivəsində Asiya İnkişaf Bankını (ADB) əsas investorlar siyahısında görməyə hazırdır. “Report” xəbər verir ki, bu barədə Bankın rəsmi saytında məlumat dərc edilib.

Bank elan edib ki, bu iki layihənin icrası çərçivəsində çoxtranşlı maliyyələşmə (MFF) üçün ADB 1,505 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılması məsələsinə baxa bilər.

Bu plan dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsini nəzərdə tutur. Eyni zamanda bildirilir ki, proqram hələ təqdim olunmayıb: “İyunun 15-24-də ADB-nin missiyası MFF-lə bağlı faktları toplayacaq. Bankın menecmenti onu iyulun 4-də nəzərdən keçirəcək, Direktorlar Şurası isə məsələyə avqustun 22-də baxacaq”.

İnvestisiya planının əsas məqsədi Azərbaycanın fiskal movqeyinin möhkəmlənməsinə və qaz satışı vasitəsilə gəlirlərinin artmasına dəstək olmaqdır.

Son xəbərlər

Orphus sistemi