Yuxarı
    Bağlamaq

    ​AİF hərraca 5 milyon manatlıq istiqraz çıxaracaq

    Bu istiqrazların yerləşdirilməsinə yanvarın 13-də başlanıb

    Bakı. 30 MART. REPORT.AZ/ Aprelin 1-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. Bu barədə “Report”a AİF-in mətbuat xidmətindən məlumat verilib.

    İstiqrazlar 100,6500 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

    İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. Məlumata görə, istiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Respublikası Mərkəzi Bankı iştirak edəcək.

    Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınmışdı. Emissiyanın ümumi həcmi 50 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

    Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

    Məlumata görə, bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanıb və hərraca bu günədək 3 000 000 AZN həcmində istiqraz yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi