​2014-cü ildə Rusiyadan Azərbaycana pul köçürmələri 1,310 mlrd. dollar təşkil edib

​2014-cü ildə Rusiyadan Azərbaycana pul köçürmələri 1,310 mlrd. dollar təşkil edib Azərbaycan siyahıda altıncı yerdə qərarlaşıb
Maliyyə
29 Aprel , 2015 07:04
​2014-cü ildə Rusiyadan Azərbaycana pul köçürmələri 1,310 mlrd. dollar təşkil edib

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının Mərkəzi Bankı (MB) 2014-cü ilin yekunu üzrə ölkədən MDB dövlətlərinə edilən şəxsi pul köçürmələrinin həcmini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə MB-nin rəsmi internet səhifəsində bildirilir.

Siyahının birinci pilləsində Özbəkistan (5 mlrd. 828 mln. dollar), ikinci pilləsində Tacikistan (3, 662 mlrd), üçüncü yerdə Ukrayna (2, 400 mlrd) qərarlaşıb.

Azərbaycan siyahıda altıncı yeri tutub. Ötən il ərzində Rusiyadan ölkəmizə 1 milyard 310 milyon ABŞ dolları həcmində pul köçürməsi qeydə alınıb.

2014-cü il ərzində ümumilikdə Rusiyadan MDB ölkələrinə 19 mlrd. 57 mln. dollar pul köçürülüb ki, bu da əvvəlki illərlə müqayisədə bir neçə dəfə azdır. 2013-cü ildə bu göstərici 24 mlrd. 786 mln. dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi