​Ən çox qızıl ehtiyatı olan dövlətlər müəyyənləşib

​Ən çox qızıl ehtiyatı olan dövlətlər müəyyənləşib Siyahının lideri yenə də ABŞ-dır
Maliyyə
22 Avqust , 2014 17:43
​Ən çox qızıl ehtiyatı olan dövlətlər müəyyənləşib

Bakı. 22 avqust.REPORT.AZ/ Dünya Qızıl Şurası 2014-cü ilin II rübü ilə bağlı hesabatını açıqlayıb. Hesabatda ən çox qızıl ehtiyatı olan ölkələrin adı hallandırılır. Bu reytinqdə Türkiyə bir çox əhəmiyyətli təşkilat və ölkələri geridə qoyaraq 12-ci yerdə, Rusiya isə 6-cı yerdə qərarlaşıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19-cu sırada 281,6 ton qızıl ehtiyatı olan İspaniya, 18-ci sırada 286,8 ton qızılı olan Livan, 17-ci sırada 310,3 ton qızıl ilə İngiltərə, 16-da - Səudiyyə Ərəbistanı (322,9 ton), 15-də - Portuqaliya (382,5 ton), 14-də - Tayvan (423,6 ton), 13-də - Avropa Mərkəzi Bankı (503,2 ton), 12-də - Türkiyə (512,9 ton), 11-də - Hindistan (557,7 ton) yer alıb.

İlk onluğa isə Hollandiya (612,5 ton), Yaponiya (765,2 ton), İsveçrə (1 040,0 ton), Çin (1 054,1 ton), Rusiya (1 094,7 ton), Fransa (2 435,4 ton), İtaliya (2 451,8 ton), IMF (2 814,0 ton), Almaniya (3 384,2 ton) və ABŞ (8 133,5 ton) daxil olub.

Son xəbərlər

Orphus sistemi