"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasının sədri dəyişib

"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasının sədri dəyişib “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.
Maliyyə
17 noyabr 2023 13:15
Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının sədri dəyişib

“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.

"Report" Banka istinadən xəbər verir ki, bu, Himmet Aksoydur.

O, Türkiyənin "Zıraat Bankası"nda 1999-cu ildən işləyir, indiyə qədər Bankın Daxili Əməliyyatlar blokuna rəhbərlik edib və yeni vəzifəsində İlker Meti əvəz edib.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi