“Ziraat Bank Azerbaijan”ın xalis mənfəəti azalıb

“Ziraat Bank Azerbaijan”ın xalis mənfəəti azalıb Bakı. 19 iyul. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri illik müqayisədə 48,9% artaraq bu il iyulun 1-nə 229 868 min manata çatıb.
Maliyyə
19 İyul , 2018 11:16
“Ziraat Bank Azerbaijan”ın xalis mənfəəti azalıb
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri illik müqayisədə 48,9% artaraq bu il iyulun 1-nə 229 868 min manata çatıb.

“Report” bu barədə bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə bankın kredit portfeli (ehtiyat çıxılmaqla) 88 509 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,6% çoxdur. Bunun da 58 918 min manatı və yaxud 66,6%-i xarici valyutanın payına düşüb.

Son 1 ildə bankın cəmi öhdəlikləri 77,4% artaraq 162 805 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 2 dəfəyə yaxın artaraq 94 277 min manata yüksəlib. Depozitlərin 70 422 min manatı və yaxud 74,7%-i xarici valyutada qəbul edilib. İyulun 1-nə bankın nizamnamə kapitalı 50 mln. manat, cəmi kapitalı isə 67 063 min manat təşkil edib.

Bank bu ilin I yarımilində 1 137 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 34,8% azdır. Yanvar-iyun aylarında bankın faiz gəlirləri 5 981 min manat, faiz xərcləri 2 115 min manat, qeyri-faiz gəlirləri 2 571 min manat, qeyri-faiz xərcləri 3 411 min manat təşkil edib.

"Ziraat Bank Azerbaijan” ASC Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş lisenziya əsasında fəaliyyətə başlayıb. Bankda 99.98% səsvermə hüququna malik səhmlərin sahibi “T.C.Ziraat Bankası”, 0,01% səsvermə hüququna malik səhmlərin sahibi “Ziraat Sigorta” şirkəti və 0,01% səsvermə hüququna malik səhmlərin sahibi “Ziraat Yatırım Menkul Değerler" şirkətidir.

Son xəbərlər

Orphus sistemi