“Ziraat Bank Azerbaijan”ın xalis mənfəəti 3 dəfə azalıb

“Ziraat Bank Azerbaijan”ın xalis mənfəəti 3 dəfə azalıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri 22,1% artaraq bu il yanvarın 1-nə 227 919 min manata çatıb.
Maliyyə
22 Yanvar , 2019 15:41
“Ziraat Bank Azerbaijan”ın xalis mənfəəti 3 dəfə azalıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri 22,1% artaraq bu il yanvarın 1-nə 227 919 min manata çatıb.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə bankın kredit portfeli (ehtiyat çıxılmaqla) 102 433 min manat təşkil edib ki, bu da illik müqayisədə 51% çoxdur. Kreditlərin 52 073 min manatı xarici valyutada verilib. 

Son 1 ildə Bankın cəmi öhdəlikləri 32,9% artaraq 160 486 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 0,4% artaraq 80 451 min manata yüksəlib. Depozitlərin 68 285 min manatı xarici valyutada qəbul edilib. 

2019-ci il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 50 000 manat, cəmi kapitalı isə 67 433 min manat təşkil edib.

“Ziraat Bank Azerbaijan” ötən il 1 375 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 3 dəfə azalma deməkdir. 

2018-ci ildə Bankın faiz gəlirləri 14 063 min manat, faiz xərcləri 4 254 min manat, qeyri-faiz gəlirləri 5 075 min manat, qeyri-faiz xərcləri 7 791 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi