"Ziraat Bank (Azerbaijan)"ın xalis mənfəəti 27% artıb

"Ziraat Bank (Azerbaijan)"ın xalis mənfəəti 27% artıb Bakı. 12 aprel. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri illik müqayisədə 47,3% artaraq bu il aprelin 1-nə 222 557 min manata çatıb.
Maliyyə
12 Aprel , 2018 17:09
Ziraat Bank (Azerbaijan)ın xalis mənfəəti 27% artıb

Bakı. 12 aprel. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri illik müqayisədə 47,3% artaraq bu il aprelin 1-nə 222 557 min manata çatıb.

“Report” bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə Bankın kredit portfeli 79 414 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,8% çoxdur. Kreditlərin 59 172 min manatı və yaxud 74,5%-i xarici valyutada verilib.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 73% artaraq 154 707 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 85,5% artaraq 89 133 min manata yüksəlib. Depozitlərin 55 216 min manatı və yaxud 62%-i xarici valyutada qəbul edilib. 

Aprelin 1-nə Bankın nizamnamə kapitalı 50 mln. manat, cəmi kapitalı isə 67 851 min manat təşkil edib.

Bank bu ilin I rübündə 1 692 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 26,5% çoxdur.

Yanvar-mart aylarında Bankın faiz gəlirləri 3 354 min manat, faiz xərcləri 1 103 min manat, qeyri-faiz gəlirləri 1 308 min manat, qeyri-faiz xərcləri 1 595 min manat təşkil edib. Kredit təşkilatı 272 min manat xüsusi ehtiyat yaradıb. 

"Ziraat Bank Azerbaijan” ASC Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş lisenziya əsasında fəaliyyətə başlayıb. Bankda 99.98% səsvermə hüququna malik səhmlərin sahibi “T.C.Ziraat Bankası”, 0,01% səsvermə hüququna malik səhmlərin sahibi “Ziraat Sigorta” şirkəti və 0,01% səsvermə hüququna malik səhmlərin sahibi “Ziraat Yatırım Menkul Değerler" şirkətidir.

Son xəbərlər

Orphus sistemi