“Ziraat Bank (Azerbaijan)"ın aktivləri 43% artıb

“Ziraat Bank (Azerbaijan)"ın aktivləri 43% artıb Bankın xalis mənfəəti isə 43% azalıb
Maliyyə
18 Oktyabr , 2017 16:19
“Ziraat Bank (Azerbaijan)ın aktivləri 43% artıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)" ASC-nin aktivləri illik müqayisədə 43% artaraq bu il oktyabrın 1-nə 167,796 mln. manat təşkil edib. 

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, son 1 ildə "Ziraat Bank (Azerbaijan)"ın kredit portfeli 2,2 dəfə artaraq 70,134 mln. manata yüksəlib. Bunun 39,459 mln. manatı və yaxud 56%-i xarici valyutada verilib. Kreditlərin 2,8%-i və yaxud 1,951 mln. manatı isə istehlak kreditləridir ki, bu da illik müqayisədə 5 dəfəyə yaxın çoxdur. Hesabat tarixinə Bankın vaxtı keçmiş kreditləri isə cəmi 7 min manat və yaxud ümumi kredit portfelinin 0,01%-i qədərdir.

İl ərzində "Ziraat Bank (Azerbaijan)"ın depozit portfeli illik müqayisədə 2,1 dəfə artaraq 61,249 mln. manat təşkil edib. Bunun 47,444 mln. manatı və yaxud 77,5%-ni xarici valyuatada qəbul edilib. Bu dövrdə əhalinin bankdakı əmanətləri isə 2,4 dəfə artaraq 40,861 mln. manata çatıb. 

Oktyabrın 1-nə "Ziraat Bank (Azerbaijan)"ın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat, məcmu kapitalı isə illik müqayisədə 5,9% artaraq 62,793 mln. manat təşkil edib.

Bank bu ilin ilk 9 ayı ərzində 3,157 mln. manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,8% azdır. 

Son xəbərlər

Orphus sistemi