"Ziraat Bank Azerbaijan"ın aktivləri 37% artıb

"Ziraat Bank Azerbaijan"ın aktivləri 37% artıb Bank qiymətli kağızlara investisiyalarını 2 dəfən çox artırıb
Maliyyə
11 İyul , 2017 11:28
Ziraat Bank Azerbaijanın aktivləri 37% artıb

Bakı. 11 iyul. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC-nin aktivləri illik müqayisədə 36,66% artaraq 2017-ci il iyulun 1-nə 154 392 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə kredit portfeli də 2,3 dəfə artaraq 65 774 min manata yüksəlib. Kredit portfelinin 33 275 min manatı və ya 50,59%-i xarici valyutada, 32 499 min manatı və ya 49,41%-i milli valyutadır. Xarici valyutada kredit verilişi daha kəskin artıb. Belə ki, valyuta kreditləşməsi illik müqayisədə 4,5 dəfə genişlənib.

İstehlak kreditləşməsi 61,26% artaraq 714 min manat təşkil edib. Bunun cəmi 3,97 min manatı avtomobil kreditləridir.

Cari il iyulun 1-nə əsasən, kredit portfelinin 0,006%-nin və ya 4,11 min manatının ödəniş vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə vaxtı keçmiş kredit qeydə alınmayıb.

Həmçinin, Bank qiymətli kağızlara investisiyaları da artırıb. Qiymətli kağızlara investisiyaların həcmi illik 2,3 dəfə artaraq iyulun 1-nə 4 043 min manat təşkil edib.

Depozit portfelində illik 75,77% artım qeydə alınıb və iyulun 1-nə depozit portfeli 47 262 min manat olub. Depozit portfelinin 34 085 min manatı xarici valyutada, 13 168 min manatı milli valyutada yerləşdirilib.

Əhalinin əmanətləri illik müqayisədə 70,39% artaraq iyulun 1-nə 32 645 min manata çatıb. Bunun 25 667 min manatı xarici valyutada, 6 977 min manatı manatda yerləşdirilib.

Bankın xarici və AMB-yə qarşı heç bir öhdəliyi yoxdur.

Cari il iyulun 1-nə Bankın məcmu kapitalı 61 458 min manat, nizamnamə kapitalı 50 000 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi