​"Ziraat Bank (Azerbaijan)"da yeni təyinat olub

​"Ziraat Bank (Azerbaijan)"da yeni təyinat olub Bankın İdarə Heyətinə yeni üzv seçilib
Maliyyə
1 İyun , 2016 13:38
​Ziraat Bank (Azerbaijan)da yeni təyinat olub

Bakı. 1 iyun. REPORT.AZ/ "Ziraat Bank (Azerbaijan)" ASC-nin İdarə Heyətinə (İH) yeni üzv seçilib. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, bu vəzifəyə Fərid Əliyev gətirilib. O, indiyə qədər Bankın Xəzinədarlıq və maliyyə Departamentinin direktoru olub.

Bununla belə, F.Əliyev hələ ki, vəzifə səlahiyyətlərinin icrasına başlamayıb. O, Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyasında attestasiyadan keçməlidir.

Xatırladaq ki, F.Əliyevdən əvvəl İH-nin üzvü Alptekin Sarıgöl olub. O, bu ilin aprelində işdən çıxıb və hazırda "Ziraat Bank"ın Türkiyədəki filiallarından birinə rəhbərlik edir.

"Ziraat Bank (Azerbaijan)"ın İH-nin sədri Avni Dəmirçi, digər üzvü isə Vüqar Rəfiyevdir.

Son xəbərlər

Orphus sistemi