“Ziraat Bank Azerbaijan” birinci yarımilliyi mənfəətlə yekunlaşdırıb

“Ziraat Bank Azerbaijan” birinci yarımilliyi mənfəətlə yekunlaşdırıb Bakı. 12 iyul. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC cari ilin yanvar-iyun ayları ərzində 1 744 min manat həcmində mənfəət əldə edib.“Report”un B...
Maliyyə
12 İyul , 2017 13:55
“Ziraat Bank Azerbaijan” birinci yarımilliyi mənfəətlə yekunlaşdırıb

Bakı. 12 iyul. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC cari ilin yanvar-iyun ayları ərzində 1 744 min manat həcmində mənfəət əldə edib.

“Report”un Bankın maliyyə hesabatına istinadən verdiyi xəbərə görə, xalis mənfəətdə illik 2 dəfə azalma qeydə alınıb. Qeyd edək ki, cari ilin birinci yarısında vergidən əvvəlki mənfəət isə 2 120 min manat təşkil edib.

Bankın gəlirləri illik müqayisədə 18,52% artaraq 7 091 min manata çatıb. Gəlirlərin 5 022 min manatı və ya 70,82%-i faiz, 2 069 min manatı və ya 29,18%-i qeyri-faiz gəlirlərinin payına düşüb.

Bankın xərcləri də illik 2 dəfəyə yaxın artaraq bu ilin birinci yarımilində 4 971 min manat təşkil edib. Xərclərin 1 422 min manatı və ya 28,6%-i faiz, 3 333 min manatı və ya 67,04%-i qeyri faiz xərcləridir. PR və marketinq xərcləri də illik 84% artaraq 217 min manat təşkil edib.

Bankın müştərilərinin sayı illik 4,9 dəfə artaraq 4 891 nəfərə, işçilərini sayı 23,3% artaraq 53 nəfərə çatıb. 

“Ziraat Bank Azerbaijan” ASC Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş lisenziya əsasında fəaliyyətə başlayıb. Bankda 99.98% səsvermə hüququna malik səhmlərin sahibi “T.C.Ziraat Bankası”, 0,01% səsvermə hüququna malik səhmlərin sahibi “Ziraat Sigorta” şirkəti və 0,01% səsvermə hüququna malik səhmlərin sahibi “Ziraat Yatırım Menkul Değerler" şirkətidir.

Son xəbərlər

Orphus sistemi