​"Ziraat Bank Azərbaycan"a lisenziya verilib

​"Ziraat Bank Azərbaycan"a lisenziya verilib Azərbaycanda yeni Türkiyə kapitallı bank fəaliyyətə başlayır
Maliyyə
30 Dekabr , 2014 16:52
​Ziraat Bank Azərbaycana lisenziya verilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Ziraat Bank Azərbaycan" ASC-yə bank lisenziyası verilib. "Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin yaydığı məlumatda bildirilir.

"Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək. "T.C. Ziraat Bankası"nın müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankında qanunvericiliyə müvafiq olaraq baxılıb. Bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilib", - AMB-nin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi